Azərbaycan Gürcüstandan şəkər tədarükünü bərpa edib

Biznes
  • 03 fevral, 2022
  • 12:33
Azərbaycan Gürcüstandan şəkər tədarükünü bərpa edib

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 8 milyon 369,29 min ABŞ dolları dəyərində 15 min 561,93 ton şəkər idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 82,55 %, kəmiyyət olaraq – 88,56 % azdır .

Hesabat dövründə Türkiyədən 4 milyon 110,16 min ABŞ dolları dəyərində 8 min 032,09 ton, Rusiyadan 2 milyon 801,82 min ABŞ dolları dəyərində 5 min 218,5 ton, Ukraynadan 905,05 min ABŞ dolları dəyərində 1 min 571,98 ton, Belarusdan 473,32 min ABŞ dolları dəyərində 694,97 ton, Finlandiyadan 21,26 min ABŞ dolları dəyərində 12,75 ton şəkər alınıb.

Əvvəlki ilin analoji dövrü ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 58 dəfə və 256 dəfə artıb, Rusiyadan – 93,99 % və 96,1 % azalıb, Ukraynadan – 7,27 % və 30,56 % azalıb, Belarusdan – 4 dəfə və 2,6 dəfə artıb, Finlandiyadan – 75,4 % və 25 % azalıb. İki il 8 aylıq fasilədən sonra Azərbaycan Gürcüstandan şəkər tədarükünü bərpa edib. Bu ölkədən 0,51 min ABŞ dolları dəyərində 0,42 ton məhsul gətirilib.

44 - Tezliklə