Azərbaycan Gürcüstandan mal-qara idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan mal-qara idxalını 2 dəfədən çox artırıb Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 11,2 milyon ABŞ dolları dəyərində 4 482,4 ton diri iribuynuzlu mal-qara tədarük edib.
Biznes
20 Sentyabr , 2021 12:26
Azərbaycan Gürcüstandan mal-qara idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 11,2 milyon ABŞ dolları dəyərində 4 482,4 ton diri iribuynuzlu mal-qara tədarük edib.

“Report”un yerli bürosuna xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 2,1 dəfə artım qeydə alınıb.

8 ayda qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,3 milyon ABŞ dolları olan 1 049,3 ton diri qoyun və keçi də ixrac olunub.

Son xəbərlər

Orphus sistemi