Azərbaycan Gürcüstandan ferroərinti alıb

Biznes
  • 29 mart, 2023
  • 06:52
Azərbaycan Gürcüstandan ferroərinti alıb

Bu ilin fevral ayında Azərbaycan Gürcüstandan 269 min ABŞ dolları dəyərində ferroərinti idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən ay qonşu ölkə ən çox ABŞ-a (8,11 milyon ABŞ dolları dəyərində) ferroərinti ixrac edib. Növbəti yerlərdə Türkiyə (5,9 milyon ABŞ dolları), Əlcəzair (5,8 milyon ABŞ dolları), Pakistan (320 min ABŞ dolları), Azərbaycan və İspaniya (177 min ABŞ dolları) qərarlaşıb.

Bu ilin yanvar ayında isə Gürcüstan Rusiyaya 45,3 milyon ABŞ dolları, Türkiyəyə 9,9 milyon ABŞ dolları, ABŞ-a 8,3 milyon ABŞ dolları, Əlcəzair 5,8 milyon ABŞ dolları, Azərbaycana isə 723 min ABŞ dolları dəyərində ferroərinti satıb.

Xatırladaq ki, fevraldan Avrasiya İqtisadi İttifaqı antidempinq rüsumunun tətbiqinə başlayıb. Bununla bağlı ötən ay ayında Gürcüstanın ferroərintiləri artıq Rusiya bazarına çıxarılmayıb.