Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 2-ci olub
- 21 oktyabr, 2024
- 10:06
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 296 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 9,5 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 19,1 % payla 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabrda Gürcüstan Azərbaycandan 25 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir il əvvələ nisbətən 7 % azdır.
Bu ilin 9 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 546 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % azdır. Gürcüstan Rusiyadan 574 milyon ABŞ dolları, Bolqarıstandan 120 milyon ABŞ dolları, Rumıniyadan 109 milyon ABŞ dolları, Türkiyədən 105 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.