Azərbaycan Gürcüstana investisiya yatırımını kəskin artırıb
- 09 dekabr, 2021
- 09:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin III rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 2 milyon 993,8 min ABŞ dolları həcmində investisiya qoyub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ikinci rüb ilə müqayisədə 5,1 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dördüncü rübündən başlayaraq 2021-ci ilin birinci rübün sonunadək Gürcüstana qoyduğu 27,332 milyon ABŞ dolları (2021-ci ilin I rübündə 6,3 milyon ABŞ dolları daxil olmaqla) investisiyanı geri çəkib.
Bu il Azərbaycan qonşu ölkə itqisadiyyatına yatırımlarına ikinci rübdən başlayıb.
Cari ilin II və III rüblərində Azərbaycanın Gürcüstana qoyduğu sərmayələrin ümumi məbləği 3 milyon 584,2 min ABŞ dollarına bərabər olub. Hər iki rüb üzrə Gürcüstan ümumilikdə 597 milyon ABŞ dolları həcmində birbaşa xarici investisya cəlb edib ki, bunun da 0,5 %-i Azərbaycanın payına düşüb.