Azərbaycan Gürcüstan məhsullarının idxalını 48 % artırıb

Biznes
  • 20 iyun, 2022
  • 07:30
Azərbaycan Gürcüstan məhsullarının idxalını 48 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 48,9 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən yerli məhsul tədarükünü 48,5 % artırıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,1 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas tərəfdaşlarının ilk onluğunda VIII yeri tutub.

İlk beş ayda Gürcüstandan ümumilikdə dəyəri 2 milyard 112,1 milyon ABŞ dolları olan yerli məhsul ixrac edilib ki, bu da illik müqayisədə 37,5 % çoxdur.

Hesabat dövründə qonşu ölkədən ən çox ixrac olunmuş yerli məhsulların siyahısında mis filizləri və konsentratları, ferroərintilər, mineral gübrələr, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, qızıl, trikotaj köynəklər, fındıq, qiymətli metal filizləri və konsentratları, spirtli içkilər yer alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti