Azərbaycan-Gürcüstan biznes forumu hər il keçiriləcək

Azərbaycan-Gürcüstan biznes forumu hər il keçiriləcək Bundan sonra Azərbaycan-Gürcüstan biznes forumu hər il keçiriləcək.
Biznes
5 İyul , 2022 15:22
Azərbaycan-Gürcüstan biznes forumu hər il keçiriləcək

Bundan sonra Azərbaycan-Gürcüstan biznes forumu hər il keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının Baş katibi Zviad Çumburidze “Business Media” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bununla bağlı razılıq iyunun 29-da Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda əldə olunub.

Z.Çumburidzenin sözlərinə görə, biznes sektor nümayəndələrinin birbaşa təmasları əməkdaşlıq üçün daha çox perspektivlər yaradır.

Baş katib Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması üçün böyük potensialın olduğunu deyib: “Bakıda baş tutan forumda Gürcüstan biznesi Azərbaycan biznesinə turizm, daşınmaz əmlak, azad sənaye zonaları, nəqliyyat və loqistika sahələri daxil olmaqla bütün istiqamətlər üzrə əməkdaşlıq təklif edib”.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Gürcüstandakı Səfirliyi, Gürcüstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil edilən biznes-forumda Gürcüstanın 40, Azərbaycanın isə 100 şirkəti təmsil olunub.

Son xəbərlər

Orphus sistemi