Azərbaycan əsas tədarük bazarından un alışını 5 dəfədən çox artırıb
- 26 aprel, 2022
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 1,512 milyon ABŞ dolları dəyərində 4 min 415 ton buğda unu alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 5,5 dəfə artıb.
Hesabat dövründə Rusiyadan 1,51 milyon ABŞ dolları dəyərində 4 min 411 ton, Türkiyədən 2,55 min ABŞ dolları dəyərində 2,26 ton, Almaniyadan 0,89 min ABŞ dolları dəyərində 0,65 ton, Ukraynadan 0,76 min ABŞ dolları dəyərində 1,01 ton, İtaliyadan 0,75 min ABŞ dolları dəyərində 0,34 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 4,5 dəfə və 5,6 dəfə artıb, Türkiyədən – 37,8 % və 64,4 % azalıb, Almaniyadan – 43 % və 52,2 % azalıb, Ukraynadan – 54,8 % və 54,1 % azalıb, İtaliyadan – 3,4 dəfə və 3,4 dəfə artıb.