Azərbaycan əsas tədarük bazarından qarğıdalı alışını 51 % artırıb
- 09 sentyabr, 2023
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 17,5 milyon ABŞ dolları dəyərində 56 min 333 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 11,533 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 55 min 93 ton (+51 %), Türkiyədən 3,13 milyon ABŞ dolları dəyərində (+71 %) 703,5 ton (-25 %), Serbiyadan 1,25 milyon ABŞ dolları dəyərində (+49 %) 235 ton (+37 %), Rumıniyadan 428,2 min ABŞ dolları dəyərində (-38 %) 86,44 ton (-30 %), Fransadan 372,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 59,13 ton (+64 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 75 min 864 ton qarğıdalının 97,8 %-i Rusiyanın payına düşüb.