Azərbaycan əsas tədarük bazarından mərci idxalını kəskin artırıb
- 06 iyul, 2022
- 13:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycan xaricdən 3,114 milyon ABŞ dolları dəyərində 2 min 837 ton mərci alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Qazaxıstandan 1,802 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,5 dəfə artıb) 1 min 508 ton (+2,2 dəfə), Rusiyadan 740,74 min ABŞ dolları dəyərində (+2 dəfə) 872,71 ton (+76,5 %), Qırğızıstandan 335,35 min ABŞ dolları dəyərində (-60 %) 265,8 ton (-74,5 %), Kanadadan 225,56 min ABŞ dolları dəyərində (+24,2 %) 185 ton (-16,7 %), Türkiyədən 8,87 min ABŞ dolları dəyərində (-77,5 %) 5,61 ton (-85,8 %), Birləşmiş Ərəb Əmirliklərindən 0,74 min ABŞ dolları dəyərində (-19,6 %) 0,48 ton (-17,2 %) və Almaniyadan 0,12 min ABŞ dolları dəyərində (-42,9 %) 0,03 ton (-40 %) məhsul gətirilib.
Qeyd edək ki, 2021-ci ildə xaricdən (13 ölkədən) aldığımız 5 min 564 ton mərcinin 45 %-i Qazaxıstanın, 20 %-i Qırğızıstanın payına düşüb.