Azərbaycan əsas tədarük bazarına təzə üzüm ixracını iki dəfədən çox artırıb
- 20 sentyabr, 2023
- 13:07
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 902 min ABŞ dolları dəyərində 895 ton təzə üzüm ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 878 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 868 ton (+2,1 dəfə), Ukraynaya 13,4 min ABŞ dolları dəyərində 16,7 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 6,6 min ABŞ dolları dəyərində 3,7 ton (bir il əvvəl tədarük olmayıb) və Qazaxıstana 4 min ABŞ dolları dəyərində 6,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərib.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilmiş 12 min 148 ton üzümün 97,6 %-i Rusiyanın payına düşüb.
Hesabat dövründə Azərbaycana xaricdən 49,1 min ABŞ dolları dəyərində (-50 %) 47,55 ton (-56 %) üzüm gətirilib.
Azərbaycan Perudan 14,6 min ABŞ dolları dəyərində (+25 %) 14,6 ton (+22 %), Çilidən 9,55 min ABŞ dolları dəyərində (-63 %) 8 ton (-69 %), Cənubi Afrikadan 9,35 min ABŞ dolları dəyərində (-28 %) 9,3 ton (-28 %), Türkiyədən 6,3 min ABŞ dolları dəyərində (+58 %) 6,3 ton (+58 %), Hindistandan 3,3 min ABŞ dolları dəyərində (-39 %) 3,3 ton (-39 %) məhsul alıb.