Azərbaycan əsas tədarük bazarına armud ixracını 7 dəfə artırıb

Biznes
  • 05 may, 2022
  • 09:20
Azərbaycan əsas tədarük bazarına armud ixracını 7 dəfə artırıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 342,27 min ABŞ dolları dəyərində 380,29 ton armud alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,6 %, kəmiyyət olaraq – 39,8 % azdır.

Belçikadan 284,26 min ABŞ dolları dəyərində 315,84 ton, Türkiyədən 47,98 min ABŞ dolları dəyərində 53,31 ton, Niderlanddan 10,02 min ABŞ dolları dəyərində 11,14 ton məhsul idxal edilib.

Ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Belçikadan tədarük müvafiq olaraq 50,6 % və 49,9 % azalıb, Niderlanddan – 29,4 dəfə və 30,1 dəfə artıb. Bir il əvvəl Türkiyədən armud alınmayıb.

Hesabat dövründə Azərbaycan ancaq Rusiyaya armud ixrac edib. Bu ölkəyə 381,94 min ABŞ dolları dəyərində 462,11 ton məhsul göndərilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 8,1 dəfə və 6,8 dəfə çoxdur.

Qeyd edək ki, ötən il xaricə satdığımız 5,78 min ton armudun 97 %-i Rusiyanın payına düşüb.

44 filmi