Azərbaycan əqli mülkiyyətlə bağlı daha bir sazişə qoşuldu

Azərbaycan əqli mülkiyyətlə bağlı daha bir sazişə qoşuldu Azərbaycanda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” saziş qüvvəyə minib.
Biznes
29 Oktyabr , 2020 18:19
Azərbaycan əqli mülkiyyətlə bağlı daha bir sazişə qoşuldu
Prezident İlham Əliyev

Azərbaycanda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” saziş qüvvəyə minib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Xatırladaq ki, Milli Məclisin qəbul etdiyi qanunda deyilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının ötən il mayın 31-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş iclasında imzalanmış saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

Son xəbərlər

Orphus sistemi