Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə Türkiyə təcrübəsini öyrənəcək

Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə Türkiyə təcrübəsini öyrənəcək Azərbaycan daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsini öyrənəcək.
Biznes
25 May , 2023 17:51
Azərbaycan daşınmaz əmlakın qeydiyyatı üzrə Türkiyə təcrübəsini öyrənəcək

Azərbaycan daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrının həyata keçirilməsi üzrə mövcud informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi, bu sahədə rəqəmsal idarəetmənin inkişafı çərçivəsində Türkiyə təcrübəsini öyrənəcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə informasiya sistemlərinin funksionallıq, hesabatlılıq, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi istiqamətləri üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi