Azərbaycan daha iki ölkəyə nişasta ixrac etməyə başlayıb

Biznes
  • 04 mart, 2025
  • 15:25
Azərbaycan daha iki ölkəyə nişasta ixrac etməyə başlayıb

2024-cü ildə Azərbaycan 1,25 milyon ABŞ dolları dəyərində 3 min ton nişasta ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,3 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.

Hesabat dövründə Özbəkistana 930,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 dəfə çoxdur) 2 192 ton (+10 dəfə), Türkmənistana 148 min ABŞ dolları dəyərində 347 ton (1 il 1 aydan sonra tədarük bərpa edilib), Gürcüstana 150 min ABŞ dolları dəyərində (-5 %) 397 ton (+17 %), Türkiyəyə 18 min ABŞ dolları dəyərində 45 ton və Qazaxıstana 7,7 min ABŞ dolları dəyərində 22 ton məhsul satılıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə və Qazaxıstana tədarük həyata keçirilib.

44 filmi