Azərbaycan daha bir ölkəyə vafli tədarük etməyə başlayıb

Biznes
  • 20 iyun, 2022
  • 09:32
Azərbaycan daha bir ölkəyə vafli tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 479,12 min ABŞ dolları dəyərində 256,98 ton vafli və vafli həbləri göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,5 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.

Gürcüstana 190,87 min ABŞ dolları dəyərində 124,74 ton, Yəmənə 184,8 min ABŞ dolları dəyərində 80,64 ton, İraqa 46,28 min ABŞ dolları dəyərində 20,12 ton, İrana 20,05 min ABŞ dolları dəyərində 9,79 ton, Moldovaya 18,41 min ABŞ dolları dəyərində 8,8 ton məhsul satılıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Gürcüstana tədarük müvafiq olaraq 12,1 % artıb və 2,6 % azalıb, Yəmənə - 2,6 dəfə və 2,1 dəfə artıb, İrana – 44,4 % və 12,6 % artıb.

Bir illik fasilənin ardından İraqa ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 3,73 milyon ABŞ dolları dəyərində 1 min 515 ton vafli və vafli həbləri idxal edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,2 % və 1,7 % çoxdur.

Rusiyadan 1,841 milyon ABŞ dolları dəyərində 931,23 ton, Türkiyədən 1,224 milyon ABŞ dolları dəyərində 337,91 ton, Bolqarıstandan 241,36 min ABŞ dolları dəyərində 73,94 ton, İrandan 216,17 min ABŞ dolları dəyərində 119,94 ton, Ukraynadan 71,03 min ABŞ dolları dəyərində 29,99 ton məhsul alınıb.

2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 13,4 % və 10,8 % artıb, Türkiyədən – 19,8 % və 13,8 % artıb, Bolqarıstandan – 28,7 % və 30,8 % azalıb, İrandan – 28,9 % və 31,2 % artıb. Bir il əvvəl Azərbaycan Ukraynadan vafli idxal etməyib.

44 - Tezliklə