Azərbaycan daha bir ölkəyə siqaret tədarük etməyə başlayıb
- 07 iyun, 2024
- 12:36
Bu ilin yanvar-mart aylarında Azərbaycan 4,1 milyon ABŞ dolları dəyərində 298,63 milyon ədəd siqaret ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 dəfə, kəmiyyət olaraq – 5,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 3,3 milyon ABŞ dolları dəyərində 210 milyon ədəd (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 342 min ABŞ dolları dəyərində 35,51 milyon ədəd (bir il əvvəl tədarük olmayıb), Belarusa 117,35 min ABŞ dolları dəyərində 11,5 milyon ədəd, Omana 115,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 18 milyon ədəd (+1 %), Birləşmiş Ərəb Əmirliklərinə 85 min ABŞ dolları dəyərində 10 milyon ədəd (bir il əvvəl tədarük olmayıb) siqaret göndərib.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.