Azərbaycan daha bir ölkəyə şəkər tədarük etməyə başlayıb
- 07 yanvar, 2025
- 14:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 45 min 245 ton şəkər ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 63 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkmənistana 19,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 27 min 584 ton (+57 %), Özbəkistana 11,2 milyon ABŞ dolları dəyərində 13 min 408 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 2,6 milyon ABŞ dolları dəyərində (+35 %) 3 min ton (+42 %), Rusiyaya 863 min ABŞ dolları dəyərində (+5,5 %) 838 ton (+21 %), Gürcüstana 278 min ABŞ dolları dəyərində (-89 %) 299 ton (-92 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ukraynaya (1,3 min ABŞ dolları dəyərində 1 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31 min 777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.