Azərbaycan daha bir ölkədən viski tədarük etməyə başlayıb
- 25 yanvar, 2023
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 5,5 milyon ABŞ dolları dəyərində 13 min dekalitr viski gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Böyük Britaniyadan 3,866 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çoxdur) 8,27 min dekalitr (+23 %), İrlandiyadan 991,59 min ABŞ dolları dəyərində (+57 %) 3,31 min dekalitr (+77 %), Amerika Birləşmiş Ştatlarından 494,6 min ABŞ dolları dəyərində (-4 %) 1,24 min dekalitr (-6 %), Almaniyadan 36,11 min ABŞ dolları dəyərində (-15,6 %) 0,03 min dekalitr (-25 %), Avstriyadan 35,87 min ABŞ dolları dəyərində (-58 %) 0,02 min dekalitr (-50 %) məhsul alınıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kubadan tədarük həyata keçirilib. Həmin ölkədən 7,97 min ABŞ dolları dəyərində 0,04 min dekalitr viski idxal edilib.