Azərbaycan daha bir ölkədən siqaret almağa başlayıb

Biznes
  • 18 fevral, 2022
  • 12:59
Azərbaycan daha bir ölkədən siqaret almağa başlayıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 14 milyon 158,51 min ABŞ dolları dəyərində 684,69 milyon ədəd siqaret gətirlib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 36,34 %, kəmiyyət olaraq – 36,92 % azdır.

Hesabat dövründə Ukraynadan 11 milyon 772,8 min ABŞ dolları dəyərində 465,78 milyon ədəd, Rusiyadan 2 milyon 291,12 min ABŞ dolları dəyərində 203,07 milyon ədəd, Suriyadan 73,37 min ABŞ dolları dəyərində 13,34 milyon ədəd, Belarusdan 21,22 min ABŞ dolları dəyərində 2,5 milyon ədəd siqaret alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 39,52 % və 42,75 % azalıb, Rusiyadan – 17,44 % və 25,29 % azalıb.

Bir il 1 aylıq fasilənin ardından Belarusdan tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyadan Azərbaycana siqaret tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti