Azərbaycan daha bir ölkədən peçenye tədarük etməyə başlayıb
- 25 iyun, 2022
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 10,37 milyon ABŞ dolları dəyərində 5 min 758 ton quru peçenye (şirin) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Türkiyədən 4,144 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 43,1 % artıb) 1 min 574 ton (+31,8 %), Rusiyadan 2,763 milyon ABŞ dolları dəyərində (+13,8 %) 1 min 297 ton (+9 %), İrandan 1,941 milyon ABŞ dolları dəyərində (+99,1 %) 2 min 396 ton (+99,7 %), Ukraynadan 555,84 min ABŞ dolları dəyərində (-53,1 %) 211,99 ton (-63,9 %), Qazaxıstandan 469,3 min ABŞ dolları dəyərində (-50 %) 154,68 ton (-52,8 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livandan tədarük həyata keçirilib. Bu ölkədən 1 min ABŞ dolları dəyərində 0,04 ton peçenye idxal edilib.