Azərbaycan daha bir ölkədən iribuynuzlu heyvan almağa başlayıb

Biznes
  • 26 avqust, 2022
  • 09:45
Azərbaycan daha bir ölkədən iribuynuzlu heyvan almağa başlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 8,4 milyon ABŞ dolları dəyərində 2 min 765 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,5 %, kəmiyyət olaraq – 28,5 % çoxdur.

Hesabat dövründə Avstriyadan 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 0,5 % artıb) 838 ədəd (-3,3 %), Estoniyadan 2,4 milyon ABŞ dolları dəyərində 755 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 1,5 milyon ABŞ dolları dəyərində (-47,3 %) 520 ədəd (-43,1 %), Macarıstandan 1,15 milyon ABŞ dolları dəyərində (+6,1 dəfə) 432 ədəd (+6,8 dəfə), Türkiyədən 432 min ABŞ dolları dəyərində (-46 %) 155 ədəd (-30 %) iribuynuzlu ev heyvanı alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrlandiyadan tədarük həyata keçirilib. Bu ölkədən 128 min ABŞ dolları dəyərində 34 ədəd iribuynuzlu qaramal idxal edilib.

Ötən il ölkəyə xaricdən (7 ölkədən) gətirilən 5 min 190 ədəd iribuynuzlu ev heyvanının (düyə, inək və digərləri) 50,8 %-i Avstriyanın, 33,4 %-i Almaniyanın payına düşüb.

44 - Tezliklə