Azərbaycan daha bir ölkədən elektromobil tədarük etməyə başlayıb
- 04 iyul, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 43,43 milyon ABŞ dolları dəyərində 1 min ədəd elektromobil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 78 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 32,94 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 830 ədəd (+87 %), Almaniyadan 5,3 milyon ABŞ dolları dəyərində (-2 %) 69 ədəd (+17 %), Amerika Birləşmiş Ştatlarından 2,73 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 79 ədəd (+2,3 dəfə), Böyük Britaniyadan 1,21 milyon ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), Belçikadan 892 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 13 ədəd (+3,3 dəfə) elektromobil alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (7 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 3 min 102 ədəd elektromobilin 82,6 %-i Çinin payına düşüb.