Azərbaycan daha bir ölkədən düyü almağa başlayıb

Biznes
  • 06 may, 2022
  • 12:11
Azərbaycan daha bir ölkədən düyü almağa başlayıb

2022-ci ilin ilk ik ayında Azərbaycan xaricdən 9,1 milyon ABŞ dolları dəyərində 10 min 962 ton düyü alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 36,5 %, kəmiyyət olaraq – 13,5 % artıb.

Hesabat dövründə Hindistandan 7,65 milyon ABŞ dolları dəyərində 8 min 468 ton, Rusiyadan 863,61 min ABŞ dolları dəyərində 1 min 574,1 ton, Qazaxıstandan 376,19 min ABŞ dolları dəyərində 710 ton, Pakistandan 157,86 min ABŞ dolları dəyərində 167,11 ton, Türkiyədən 17,14 min ABŞ dolları dəyərində 28 ton məhsul gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Hindistandan idxal müvafiq olaraq 50 % və 27,4 % artıb, Rusiyadan – 77,2 % və 68,2 % artıb, Qazaxıstandan – 41,2 % və 49,5 % azalıb, Pakistandan – 37,7 % və 39,6 % azalıb, Türkiyədən – 82,7 % və 2 dəfə artıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Özbəkistandan düyü tədarük edib.

Son xəbərlər

Bütün Xəbər Lenti