Azərbaycan daha bir ölkədən alabalıq almağa başlayıb
- 01 sentyabr, 2022
- 08:41
Bu ilin I yarısında Azərbaycan xaricdən 1,3 milyon ABŞ dolları dəyərində 396 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,4 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə İrandan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 24,2 % artıb) 341,4 ton (+24 %), Türkiyədən 202 min ABŞ dolları dəyərində (-28,9 %) 52,1 ton (-36,4 %), Belarusdan 35 min ABŞ dolları dəyərində (+8,4 %) 2,2 ton (+20,4 %), Polşadan 8 min ABŞ dolları dəyərində 0,02 ton və Litvadan 7 min ABŞ dolları dəyərində (+67,2 %) 0,3 ton (+58,8 %) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan tədarük həyata keçirilib.