Azərbaycan daha 5 ölkəyə vafli ixrac etməyə başlayıb

Biznes
  • 27 dekabr, 2022
  • 06:24
Azərbaycan daha 5 ölkəyə vafli ixrac etməyə başlayıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 10,275 milyon ABŞ dolları dəyərində 3 min 520 ton vafli və vafli həbləri alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,2 % çoxdur, kəmiyyət olaraq – 6,6 % azdır.

Rusiyadan 4,46 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 % çoxdur) 1 min 871 ton (-16,8 %), Türkiyədən 3,294 milyon ABŞ dolları dəyərində (+45,4 %) 830,91 ton (+24,4 %), Bolqarıstandan 911,81 min ABŞ dolları dəyərində (+14 %) 265,91 ton (+7,7 %), Ukraynadan 485,15 min ABŞ dolları dəyərində (-2,7 %) 178,78 ton (-27 %), İrandan 436,41 min ABŞ dolları dəyərində (-10 %) 241,44 ton (-15 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycandan 2,463 milyon ABŞ dolları dəyərində (+73 %) 1 min 157 ton (+24,3 %) vafli göndərilib.

Gürcüstana 1,022 milyon ABŞ dolları dəyərində (+37 %) 565,94 ton (+3,5 %), Yəmənə 925 min ABŞ dolları dəyərində (+82 %) 357,24 ton (+31,3 %), İraqa 206,1 min ABŞ dolları dəyərində 79,18 ton (1 ildən sonra bərpa edilib), İrana 57 min ABŞ dolları dəyərində (+78 %) 27,37 ton (+29 %), Monqolustana 56,17 min ABŞ dolları dəyərində (+75 dəfə) 27 ton (+30 dəfə) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fələstin, İsrail, Qətər, Moldova və Polşaya tədarük həyata keçirilib. Həmin ölkələrə müvafiq olaraq 46,23 min ABŞ dolları dəyərində 17,87 ton, 9,66 min ABŞ dolları dəyərində 5,75 ton, 0,31 min ABŞ dolları dəyərində 0,1 ton, 28,39 min ABŞ dolları dəyərində 15,1 ton və 1,65 min ABŞ dolları dəyərində 0,88 ton vafli ixrac edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti