Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq

Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq Bu il Çinin Pekin, Çendu və Şenyanq şəhərlərində Azərbaycanın daha üç ticarət evinin açılması planlaşdırılır.
Biznes
11 May , 2023 17:05
Azərbaycan Çinin daha üç şəhərində ticarət evi açacaq

Bu il Çinin Pekin, Çendu və Şenyanq şəhərlərində Azərbaycanın daha üç ticarət evinin açılması planlaşdırılır.

Bunu "Report"a müsahibəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

“Made in Azerbaijan” məhsullarının Çinə ixracının artırılması və bu ölkədə məhsullarımızın təbliği məqsədilə, 2018-ci ildən etibarən Çinin müxtəlif şəhərlərində yerli tərəfdaşların dəstəyi ilə Azərbaycan ticarət və şərab evləri açmağa başladı. Hazırda Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir”, - deyə ticarət nümayəndəsi qeyd edib.

T.Nadiroğlu vurğulayıb ki, Çinin məşhur “JD.com” elektron ticarət platformasında onlayn “Azərbaycan Ticarət Evi”də fəaliyyətdədir: “Bu ticarət evləri, Çində “Made in Azerbaijan” məhsulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli rol oynamaqdadır. Bu cür ticarət evlərinin sayının artması ilə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaranır”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi