Azərbaycan Çindən zəncəfil alışını 5 dəfə artırıb
- 23 iyul, 2024
- 14:00
Bu ilin yanvar-may aylarında Azərbaycan 427 min ABŞ dolları dəyərində 208 ton zəncəfil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 353,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 175,3 ton (+5 dəfə), Braziliyadan 52 min ABŞ dolları dəyərində (-67 %) 26 ton (-67 %), Hindistandan 16 min ABŞ dolları dəyərində (+6,7 %) 5 ton (dəyişməyib), İrandan 3,1 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 2 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,2 ton (+77 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 336 ton zəncəfilin 69 %-i Braziliyanın payına düşüb.