Azərbaycan Çindən sənaye robotlarının alışını kəskin artırıb

Biznes
  • 13 oktyabr, 2023
  • 09:57
Azərbaycan Çindən sənaye robotlarının alışını kəskin artırıb

2023-cü ilin ilk 7 ayında Azərbaycana 967,33 min ABŞ dolları dəyərində 176 ədəd sənaye robotu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 dəfə, kəmiyyət olaraq – 13 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 818,83 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 dəfə çoxdur) 173 ədəd (+19 dəfə) və Türkiyədən 148,5 min ABŞ dolları dəyərində (+11 dəfə) 3 ədəd (dəyişməyib) sənaye robotu alıb.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 251 min ABŞ dolları dəyərində sənaye robotlarının 45,4 %-i Türkiyənin, 27,9 %-i İtaliyanın payına düşüb.