Azərbaycan Çindən portağal idxalını bərpa edib
- 25 aprel, 2023
- 13:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 4,3 milyon ABŞ dolları dəyərində 6 min 182 ton portağal gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,7 %, kəmiyyət olaraq – 9,5 % çoxdur.
Hesabat dövründə İrandan 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 5 min 894 ton (+2 dəfə), Türkiyədən 212,1 min ABŞ dolları dəyərində (-87,8 %) 285 ton (-88,5 %), Çindən 2,7 min ABŞ dolları dəyərində 0,5 ton, İspaniyadan 0,9 min ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb) və Misirdən 0,9 min ABŞ dolları dəyərində (-99,6 %) 1,1 ton (-99,6 %) məhsul alınıb.
Dörd il 9 aylıq fasilənin ardından Çindən tədarük bərpa edilib.