Azərbaycan Çindən odadavamlı sement alışını kəskin artırıb

Biznes
  • 30 oktyabr, 2023
  • 10:14
Azərbaycan Çindən odadavamlı sement alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 5,7 milyon ABŞ dolları dəyərində 4 min 425 ton odadavamlı sement idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq 13 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % azdır) 2 min 194 ton (-46 %), Bolqarıstandan 1,52 milyon ABŞ dolları dəyərində 720 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 308 min ABŞ dolları dəyərində (+13 dəfə) 459 ton (+18 dəfə), Polşadan 223 min ABŞ dolları dəyərində (-33 %) 178 ton (-39 %), Böyük Britaniyadan 213 min ABŞ dolları dəyərində (+99 %) 79,92 ton (+63 %) odadavamlı sement alıb.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 7,6 min ton odadavamlı sementin 75,4 %-i Türkiyənin payına düşüb.