Azərbaycan Çindən midilərin idxalını bərpa edib
- 17 sentyabr, 2024
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 155 min ABŞ dolları dəyərində 43,1 ton midilər gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 99 %, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çilidən 91 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 32,1 ton (+3,7 dəfə), Rusiyadan 33,16 min ABŞ dolları dəyərində (+6 dəfə) 7,29 ton (+6 dəfə), Yeni Zelandiyadan 21,77 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2,32 ton (+2,3 dəfə), Çindən 5,36 min ABŞ dolları dəyərində 0,55 ton, Türkiyədən 3,2 min ABŞ dolları dəyərində (-87 %) 0,79 ton (-85 %) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Çindən midilərin tədarükünü bərpa edib.