Azərbaycan Çindən konservləşdirilmiş şaftalı alışını 21 dəfə artırıb
- 09 iyun, 2025
- 16:28
Bu ilin I rübü ərzində Azərbaycana 171,21 min ABŞ dolları dəyərində 86,75 ton hazır və ya konservləşdirilmiş şaftalı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 40 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 89,28 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % az) 59 ton (-35 %), Çindən 44,11 min ABŞ dolları dəyərində (+11 dəfə) 10,45 ton (+21 dəfə), İspaniyadan 37,49 min ABŞ dolları dəyərində (-56 %) 17,17 ton (-52 %), Almaniyadan 0,23 min ABŞ dolları dəyərində (+64 %) 0,06 ton (+50 %), İtaliyadan 0,09 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 0,02 ton (+2 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 745 ton şaftalı konservinin 86 %-i Türkiyənin payına düşüb.