Azərbaycan Şri-Lankadan kokos tədarükünü kəskin artırıb
- 25 oktyabr, 2023
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 782 min ABŞ dolları dəyərində 405,2 ton hind qozu (kokos (qurudulmuş), daxili qişalı, digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 % azdır, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 454,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,7 % azdır) 243 ton (+55 %), Şri-Lankadan 79,1 min ABŞ dolları dəyərində (+7 000 dəfə) 32,3 ton (+3 200 dəfə), Kot-divuardan 78,8 min ABŞ dolları dəyərində (+52 %) 39 ton (+50 %), Vyetnamdan 76,5 min ABŞ dolları dəyərində (-76 %) 48,8 ton (-66 %), Hindistandan 54,6 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 29,8 ton (+4,3 dəfə) hind qozu alıb.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 1,35 milyon ABŞ dolları dəyərində kokosun 39 %-i İndoneziyanın, 32,2 %-i Vyetnamın payına düşüb.