Azərbaycan Çindən elektromobil alışını 10 dəfədən çox artırıb

Biznes
  • 19 dekabr, 2023
  • 09:08
Azərbaycan Çindən elektromobil alışını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 98,3 milyon ABŞ dolları dəyərində 2 min 425 ədəd elektromobil idxal edilib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,7 dəfə, kəmiyyət olaraq – 6,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 71,12 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 dəfə çoxdur) 2 min ədəd (+10,3 dəfə), Almaniyadan 19,7 milyon ABŞ dolları dəyərində (+7,6 dəfə) 217 ədəd (+6,2 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 3,63 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 118 ədəd (+2,8 dəfə), Belçikadan 1,16 milyon ABŞ dolları dəyərində (+23 %) 17 ədəd (+6,3 %), Koreya Respublikasından 1,1 milyon ABŞ dolları dəyərində (+7,7 dəfə) 27 ədəd (+6,8 dəfə) elektromobil alıb.

2022-ci ildə Azərbaycana (14 ölkədən) gətirilmiş 17,67 milyon ABŞ dolları dəyərində elektromobillərin 59 %-i Çinin, 18,2 %-i Almaniyanın, 9,8 %-i ABŞ-nin, 6,7 %-i Belçikanın payına düşüb.