Azərbaycan Çindən cilalanmış şüşə alışını 200 dəfə artırıb
- 15 may, 2025
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində 905,4 min kvadratmetr cilalanmış şüşə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 715,7 min kvadratmetr (+57 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (-12 %) 187,6 min kvadratmetr (-27 %) və Çindən 34,2 min ABŞ dolları dəyərində (+6 dəfə) 2,1 min kvadratmetr (+200 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 4 milyon kvadratmetr cilalanmış şüşənin 74 %-i İranın payına düşüb.