Azərbaycan Çində Ticarət Evlərinin sayını artırır

Azərbaycan Çində Ticarət Evlərinin sayını artırır Bu ilin sonuna qədər Azərbaycanın Çində 3 Ticarət Evinin və 1 Şərab Evinin açılması nəzərdə tutulur”.
Biznes
20 Sentyabr , 2019 11:07
Azərbaycan Çində Ticarət Evlərinin sayını artırır

"Bu ilin sonuna qədər Azərbaycanın Çində 3 Ticarət Evinin və 1 Şərab Evinin açılması nəzərdə tutulur”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının Çində tanıdılması istiqamətində işlər davam etdiriləcək.

“Bu ilin I yarısında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıb və 1,4 milyard ABŞ dollarından çox olub. Azərbaycan əsasən neft və neft məhsulları ixrac etsə də, son illər ticarət dövriyyəsində şaxələnmə müşahidə edirik. Azərbaycana məxsus kənd təsərrüfatı emalı məhsulları, o cümlədən şərablarımız Çin bazarına daxil olur", - deyə nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi