Azərbaycan Çilidən dondurulmuş tərəvəz tədarük etməyə başlayıb
- 01 noyabr, 2024
- 13:30
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 404,35 min ABŞ dolları dəyərində 229,2 ton dondurulmuş tərəvəz (ispanaq, şəkər qarğıdalısı, kartof, noxud, lobya və s.) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan Polşadan 142,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 70 ton (+89 %), Çindən 137,3 min ABŞ dolları dəyərində (-1 %) 94 ton (+18 %), Türkiyədən 40 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 25,73 ton (+3,6 dəfə), Fransadan 35,4 min ABŞ dolları dəyərində (+8,8 dəfə) 16,8 ton (+7,6 dəfə), Belçikadan 22 min ABŞ dolları dəyərində (-77 %) 12,9 ton (-78 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Çilidən (3,6 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 136 ton dondurulmuş tərəvəzin 62 %-i Polşanın payına düşüb.