Azərbaycan Çexiyadan soyuducu tədarükünü bərpa edib
- 10 dekabr, 2024
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 57,11 milyon ABŞ dolları dəyərində 173 min 346 ədəd soyuducu idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,4 %, kəmiyyət olaraq – 5,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 18,17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 85 % çoxdur) 72 min 738 ədəd (+68 %), Rusiyadan 10,86 milyon ABŞ dolları dəyərində (-15 %) 37 min 917 ədəd (-22 %), Tailanddan 9,22 milyon ABŞ dolları dəyərində (-10 %) 17 min 755 ədəd (-9 %), Türkiyədən 8,21 milyon ABŞ dolları dəyərində (-6 %) 19 min 551 ədəd (-19 %), Polşadan 2,26 milyon ABŞ dolları dəyərində (-37 %) 4 min 235 ədəd (-42 %) soyuducu alıb.
Azərbaycan 4 il 2 aylıq fasilənin ardından Çexiyadan (11,7 min ABŞ dolları dəyərində 17 ədəd) tədarükü bərpa edib.