Azərbaycan Cənubi Koreyadan küncüt yağı tədarükünü bərpa edib
- 09 sentyabr, 2023
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 10,4 min ABŞ dolları dəyərində 1,12 ton küncüt yağı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 4,3 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 4,77 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 0,58 ton (+12 %), Rusiyadan 2,2 min ABŞ dolları dəyərində (+9 %) 0,31 ton (+7 %), Meksikadan 1,74 min ABŞ dolları dəyərində (-23 %) 0,13 ton (-24 %), Koreya Respublikasından 1,38 min ABŞ dolları dəyərində 0,07 ton, Türkiyədən 0,26 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 5 il 3 aylıq fasilənin ardından Cənubi Koreyadan küncüt yağı tədarükünü bərpa edib.