Azərbaycan Cənubi Koreyadan ətir tədarük etməyə başlayıb
- 18 mart, 2024
- 09:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana xaricdən 31,34 milyon ABŞ dolları dəyərində 1 min 708 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 10,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,6 % azdır) 107 ton (-5,3 %), Birləşmiş Ərəb Əmirliklərindən 3,8 milyon ABŞ dolları dəyərində (+99 %) 350 ton (+2 dəfə), İtaliyadan 3,7 milyon ABŞ dolları dəyərində (+38 %) 54 ton (+17 %), Çindən 2,82 milyon ABŞ dolları dəyərində (+96 %) 599 ton (+26 %), İspaniyadan 2,42 milyon ABŞ dolları dəyərində (+11 %) 45,41 ton (+7 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Koreya Respublikasından (1,22 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 28 ölkədən idxal edilmiş 26,5 milyon ABŞ dolları dəyərində ətir və tualet suyunun 40 %-i Fransanın payına düşüb.