Azərbaycan Cənubi Koreyadan avtobus idxalını 5 dəfə artırıb

Biznes
  • 19 iyul, 2024
  • 11:00
Azərbaycan Cənubi Koreyadan avtobus idxalını 5 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 5,97 milyon ABŞ dolları dəyərində 98 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 61 % çoxdur.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 2,92 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 57 ədəd (+5 dəfə), Almaniyadan 2,14 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 32 ədəd (+25 %), İspaniyadan 606 min ABŞ dolları dəyərində (+11 dəfə) 3 ədəd (+3 dəfə), Çindən 186 min ABŞ dolları dəyərində (-82 %) 5 ədəd (-29 %) və Türkiyədən 100 min ABŞ dolları dəyərində (-92 %) 1 ədəd (-93 %) avtobus alıb.

2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 163 ədəd avtobusun 33,7 %-i Almaniyanın, 32 %-i Cənubi Koreyanın payına düşüb.