Azərbaycan Cənubi Afrikdadan kakao idxal etməyə başlayıb

Biznes
  • 12 iyun, 2024
  • 12:17
Azərbaycan Cənubi Afrikdadan kakao idxal etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 387,6 ton kakao tozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % çoxdur) 239,4 ton (+91 %), Niderlanddan 361 min ABŞ dolları dəyərində (+12 dəfə) 90 ton (+12,3 dəfə), Ukraynadan 94 min ABŞ dolları dəyərində 42 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 28 min ABŞ dolları dəyərində (+12 %) 4,51 ton (+14 %), Rusiyadan 21 min ABŞ dolları dəyərində (-25 %) 4,34 ton (-29 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Afrikadan (0,25 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti