Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
- 26 mart, 2024
- 07:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,965 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 19,5 % azdır.
Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 505,178 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 20,2 % çoxdur.
2 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (144,992 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 10,6 % çoxdur. Avropa ölkələrini Yaxın Şərq (123,891 milyon ABŞ dolları məbləğində) və digər Avropa ölkələri (50,459 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 31,6 % və 19,1 % çoxdur.