Azərbaycan bu il Gürcüstanın orqanik gübrə üzrə əsas tədarükçüsü olub

Biznes
  • 26 sentyabr, 2023
  • 13:12
Azərbaycan bu il Gürcüstanın orqanik gübrə üzrə əsas tədarükçüsü olub

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 580 min ABŞ dolları dəyərində 3 min 479 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 12 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr (8) sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 767 min ABŞ dolları dəyərində 3 min 657 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 6 % azdır və 7,2 % çoxdur. O cümlədən, Gürcüstan Türkiyədən 125,9 min ABŞ dolları dəyərində 98,84 ton, İtaliyadan 25,7 min ABŞ dolları dəyərində 51,8 ton, Latviyadan 16,72 min ABŞ dolları dəyərində 5,1 ton, Niderlanddan 6,13 min ABŞ dolları dəyərində 21,3 ton orqanik gübrə idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,17 milyon ABŞ dolları dəyərində 5 min 135 ton orqanik gübrə alıb ki, bunun da 919 min ABŞ dolları dəyərində 4 min 812 tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti