Azərbaycan Braziliyadan ekskavator idxalını bərpa edib
- 11 aprel, 2024
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 4,37 milyon ABŞ dolları dəyərində 48 ədəd ekskavator idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 28 ədəd (+65 %), Cənubi Koreyadan 982 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 9 ədəd (+4,5 dəfə), Hindistandan 403 min ABŞ dolları dəyərində (-48 %) 4 ədəd (-56 %), Tailanddan 215 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Braziliyadan 208 min ABŞ dolları dəyərində 1 ədəd ekskavator alıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından Braziliyadan ekskavator tədarükünü bərpa edib.