Azərbaycan Braziliya və Sinqapurdan kontakt linza alışını bərpa edib
- 22 mart, 2024
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 431 min ABŞ dolları dəyərində 205 min 910 ədəd kontakt linza idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq 68 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 230 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 112 min 447 ədəd (+45 %), Koreya Respublikasından 86,31 min ABŞ dolları dəyərində (+5 %) 64 min 61 ədəd (+58 %), Türkiyədən 63 min ABŞ dolları dəyərində (+6 dəfə) 6 min 288 ədəd (+4 dəfə), Braziliyadan 32,84 min ABŞ dolları dəyərində 4 min 578 ədəd, Sinqapurdan 11,9 min ABŞ dolları dəyərində 18 min ədəd məhsul alıb.
Azərbaycan 4 il 9 aylıq fasilənin ardından Braziliyadan və 3 il 9 aylıq aradan sonra Sinqapurdan tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana 8 ölkədən idxal edilən 122 min 392 ədəd kontakt linzanın 63,2 %-i Çinin payına düşüb.