Azərbaycan Böyük Britaniyadan kömür tədarükünü bərpa edib
- 18 oktyabr, 2023
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 1,65 milyon ABŞ dolları dəyərində 8 min 431 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 33 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 8 min 413 ton (-33 %), Böyük Britaniyadan 13,73 min ABŞ dolları dəyərində 7,5 ton, Türkiyədən 13,12 min ABŞ dolları dəyərində (-43 %) 9,27 ton (-69 %) və Hindistandan 5,62 min ABŞ dolları dəyərində 1,97 ton (bir il əvvəl tədarük olmayıb) kömür alıb.
Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Böyük Britaniyadan kömür tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 3,6 milyon ABŞ dolları dəyərində kömürün 98,5 %-i Rusiyanın payına düşüb.