Azərbaycan Botsvanadan limon və laym almağa başlayıb

Biznes
  • 20 avqust, 2025
  • 17:19
Azərbaycan Botsvanadan limon və laym almağa başlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 10,2 milyon ABŞ dolları dəyərində 11 min 775 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,6 % az) 9 min ton (-12 %), Cənubi Afrikadan 2,6 milyon ABŞ dolları dəyərində (+15 %) 2 min 86 ton (+15 %), Çindən 341,4 min ABŞ dolları dəyərində 263 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 195 min ABŞ dolları dəyərində (+34 dəfə) 260 ton (+38 %), Zimbabvedən 109,4 min ABŞ dolları dəyərində 87,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Botsvanadan tədarük (33 min ABŞ dolları dəyərində 26,4 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti