Azərbaycan Bolqarıstana soğan tədarükünü bərpa edib

Biznes
  • 11 iyun, 2024
  • 13:47
Azərbaycan Bolqarıstana soğan tədarükünü bərpa edib

Bu ilin I rübündə Azərbaycan 440,4 min ABŞ dolları dəyərində 1 min 376 ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Azərbaycan İraqa 284,6 min ABŞ dolları dəyərində 964,7 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyaya 74,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % azdır) 143,1 ton (+11 %), Omana 44,9 min ABŞ dolları dəyərində 99,7 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 20,3 min ABŞ dolları dəyərində (-94 %) 99,2 ton (-95 %), Bolqarıstana 5,6 min ABŞ dolları dəyərində 23,5 ton məhsul satıb.

Azərbaycan 4 il 2 aylıq fasilənin ardından Bolqarıstana soğan tədarükünü bərpa edib.

44 - Tezliklə